FIFA "Qalatasaray"a transfer qadağası qoydu – ONA GÖRƏ

14 Yanvar 2023 22:00 Türkiyə 542
FIFA "Qalatasaray"a transfer qadağası qoydu – ONA GÖRƏ

FIFA "Qalatasaray"a müvəqqəti transfer qadağası tətbiq edib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Milliyet" qəzetinin müxbiri Nevzad Dindar məlumat paylaşıb.

Transfer qadağasının səbəbi "Qalatasaray"ın uruqvaylı yarımmüdafiəçi Lukas Torreyranın menecderinə olan 18 500 dollarlıq borcudur.

İstanbul təmsilçisi menecerin FIFA-ya şikayətindən dərhal sonra borcu ödəyib.

Müvəqqəti transfer qadağasının bazar ertəsi günü aradan qaldırılacağı bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı