“Qalatasaray” növbəti 3 xalı darmadağınla qazandı - VİDEO

14 Yanvar 2023 10:00 Türkiyə 734
“Qalatasaray” növbəti 3 xalı darmadağınla qazandı - VİDEO

"Qalatasaray" Türkiyə Super Liqasında növbəti qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi XVIII turda evdə "Hatayspor"u darmadağın edib - 4:0.

Hesabı 9-cu dəqiqədə Kerem Aktürkoğlu açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 4-cü və 6-cı dəqiqələrində fərqlənən Xuan Mata fərqi 3 topa çatdırıb.

Son nöqtəni isə 77-ci dəqiqədə Bafetimbi Qomis qoyub.

Bu qələbədən sonra xallarını 42-yə çatdıran "Qalatasaray" liderliyini möhkəmləndirib. 17 xalı olan "Hatayspor" isə 16-cı pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti