Çinli müdafiəçi transfer etdi - 2,5 illik müqavilə

11 Yanvar 2023 10:20 Türkiyə 731
Çinli müdafiəçi transfer etdi - 2,5 illik müqavilə

"Başakşehir" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Çinin "Quançjou" klubundan Şaconq Vunu transfer edib.

"Başakşehir" Çin milli komandasının üzvü olan mərkəz müdafiəçisi ilə 2,5 illik müqavilə imzalayıb.

Şaconq Vu 2019-cu ilin yayından "Quançjou"da çıxış edirdi. 22 yaşlı futbolçu komandanın heyətində meydana çıxdığı 57 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM