Baş məşqçini istefaya göndərdilər - Fransa klubunda

11 Yanvar 2023 10:00 Türkiyə 277
Baş məşqçini istefaya göndərdilər - Fransa klubunda

Fransa çempionatında mövsümün növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, "Strasburq" Jülyen Stefanla yollarını ayırıb.

Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Jülyen Stefan komandanın uğursuz nəticələrinə görə istefaya göndərilib. Belə ki, "Strasburq" Liqa 1-də 17 turdan sonra 11 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"