Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası

11 Yanvar 2023 00:00 Türkiyə 783
Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası qeydə alınıb.

Sportinfo+.az xəbər verir ki, "Trabzonspor"yu çalışdıran Abdullah AVcı postunu tərk etmək qərarı verib.

59 yaşlı mütəxəssis bu gecə İstanbula gedərək klub rəhbəri ilə görüşüb istefa qərarını ona bildirəcək.

Abdullah Avcı 2020-ci ildən "Trabzonspor"u çalışdırır. Qara Dəniz təmsilçisi onun rəhbərliyi altında ötən mövsüm Türkiyə çempionu olub.

"Trabzonspor" cari mövsümdə Türkiyə Super Liqasında 18 turdan sonra 29 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komanda dünən 18-ci tur çərçivəsində səfərdə "Alanyaspor"a 0:5 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti