"Beşiktaş"ın hücumçusu "Mançester Yunayted" yolunda

9 Yanvar 2023 01:30 Türkiyə 493
"Beşiktaş"ın hücumçusu "Mançester Yunayted" yolunda

"Beşiktaş"ın icarə əsasında heyətinə qatdığı Vaut Veqorst vaxtından əvvəl komandanı tərk edəcək.

Sportinfo.az xəbər verir ki, niderlandlı hücumçu "Mançester Yunayted"ə keçəcək.

31 yaşlı forvardın müqavilə ilə məxsus olduğu "Bernli" "qırmızı şeytanlar"la razılıq əldə edib. Futbolçu yaxın günlərdə İngiltərəyə yollanacaq və mövsümün ikinci yarısını "Mançester Yunayted"də keçirəcək.

Vaut Veqorst bu ilin iyul ayından "Beşiktaş"da çıxış edir.

Niderland millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti