“Qalatasaray” Kadıköydə “Fənərbaxça”nı darmadağın etdi - DERBİDƏN VİDEOREPORTAJ

9 Yanvar 2023 00:50 Türkiyə 836
“Qalatasaray” Kadıköydə “Fənərbaxça”nı darmadağın etdi - DERBİDƏN VİDEOREPORTAJ

Türkiyə Super Liqasında İstanbul derbisi oynanılıb.

Sportinfo.az xəbər verir ki, XVIII tur çərçivəsində "Fənərbağça" öz meydanında "Qalatasaray"ı qəbul edib.

Yeni ilin ilk derbi qarşılaşmasında qonaq komanda meydan sahiblərinə 3:0 hesabı ilə qalib gəlib.

"Qalatasaray"ın heyətində Serjio Oliveira (32-ci dəqiqə), Kərəm Aktürkoğlu (78) və Mauro Icardi (90) fərqləniblər.

“Qalatasaray” bu qələbədən sonra 39 xalla turnir cədvəlindəki liderliyini möhkəmləndirib. Ondan dörd xal geri qalan “Fənərbağça” ikinci pillədə qərarlaşıb.

"Fənərbaxça" - "Qalatasaray" 0:3

Qollar: Oliveyra, 32, Aktürkoğlu, 78, İkardi, 90+11

Qırmızı vərəqə: İrfan Can Kahfeçi, 86 ("Fənərbaxça")

Baş hakim: Halil Umut Meler

Şükrü Saracoğlu adına Stadion.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti