"Qalatasaray"ın yeni ulduzu liderə qarşı oynamayacaq

1 Oktyabr 2022 00:10 Türkiyə 759
"Qalatasaray"ın yeni ulduzu liderə qarşı oynamayacaq

"Qalatasaray" Türkiyə Super Liqasının 8-ci turu çərçivəsində səfərdə "Adana Demirspor"un qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Adanaya ciddi itkilərlə yollanıb.

Belə ki, komandanın hücumçusu Mauro İkardi və yarımmüdafiəçi Yusuf Demir Super Liqanın lideri ilə görüşdə meydana çıxa bilməyəcək. Zədəsi olan futbolçuların adı səfərə gedən heyətə daxil edilməyib.

"Adana Demirspor" - "Qalatasaray" qarşılaşması sabah Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi