İstanbul derbilərində qadağa qoyuldu – Qonaq azarkeşlər stadiona buraxılmayacaq

29 Sentyabr 2022 18:40 Türkiyə 447
İstanbul derbilərində qadağa qoyuldu – Qonaq azarkeşlər stadiona buraxılmayacaq

Türkiyənin üç böyük klubunun arasında keçiriləcək derbilərə qonaq komanda azarkeşləri buraxılmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul Valiliyi qərar verib.

"Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" arasında İstanbulda keçiriləcək Super Liqa və Türkiyə Kuboku matçları qonaq komandanın fanatları olmadan baş tutacaq.

Valilik bu qərarın klubların razılığı əsasında verildiyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti