İkardi “Qalatasaray“dakı ilk oyununda eks “Qarabağ”lı ilə dalaşdı - VİDEO

17 Sentyabr 2022 11:00 Türkiyə 2 146
İkardi “Qalatasaray“dakı ilk oyununda eks “Qarabağ”lı ilə dalaşdı - VİDEO

Sportinfo.az xəbər verir ki, Türkiyə Superliqasının növbəti turundakı “Qalatasaray” – “Konyaspor” matçı gərgin mübarizə ilə yanaşı maraqlı anlarla da yadda qalıb.

Çempionat başladıqdan bəri 6 turdur ki, top buraxmayan qonaq komanda matçın ilk dəqiqəsindəcə qapısında qol görüb.

Oyunun gedişində konyalılar hesabı bərarəbləşdirməyə nail olsalar da, onların planlarını “cim-bom”un bu mövsümdəki ən səs-küylü transferi İkardı pozub.

Argentinalı futbolçu Superliqadakı ilk oyununda fərqlənməyi bacarsa da, top avtoqol olaraq onun deyil, qonaq komandanın oyunçusunun hesabına yazılıb – 2:1.

Bu azmış kimi, İkardı oyunun son dəqiqələrində rəqib qapıçı İbrahim Şehiçlə dalaşıb. Vaxtilə “Qarabağ”ın formasını geyən qapıçı qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb.

”Konyaspor”da əvəzetmə limiti dolduğu üçün görüşün qalan vaxtı ərzində qapını meydandakı oyunçulardan biri qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!