“Paşa” başlayıb bitirdi, “Qalatasaray” qələbə qazandı - VİDEO

12 Sentyabr 2022 10:20 Türkiyə 833
“Paşa” başlayıb bitirdi, “Qalatasaray” qələbə qazandı - VİDEO

Türkiyə Super Liqasında VI tur davam edir.

Sportinfo.az xəbər verir ki, turun maraqlı görüşlərindən biri İstanbulda keçirilib.

“Kasımpaşa” öz meydanında “Qalatasaray”la qarşılaşıb.

Oyunda hesabı meydan sahibləri açıblar. Bahoken 16-cı dəqiqədə fərqlənib.

Bundan dörd dəqiqə sonra Qomis hesabda tarazlıq yaradıb. İlk hissə 1:1 hesablı bərabərliklə yekunlaşıb.

İkinci hissədə “Qalatasaray” Kərəm Aktürkoğlunun iki qolu ilə hesab arasındakı fərqi artırıb.

Bununla belə, “Kasımpaşa” 90-cı dəqiqədə Sadıkın qolu ilə hesabı minimuma endirib.

Matçda başqa qol olmayınca “Qalatasaray” 3:2 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!