Yeni transferini çempionatda oynatmayacaq - "Fənərbaxça"

11 Sentyabr 2022 18:20 Türkiyə 1 006
Yeni transferini çempionatda oynatmayacaq -

"Fənərbaxça" Türkiyə Super Liqasının 2022/2023 mövsümü üçün iştirak ərizəsini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi üç futbolçusunun xidmətindən mövsümün ilk yarısında istifadə etməyəcək.

Bunlar müdafiəçilər Filip Novak, Mauritsio Lemos və hücumçu Armindo Brumodur.

"Fənərbaxça" Brumanı yay fasiləsində PSV-dən 1,5 milyon avroya icarəyə götürüb. "Sarı-lacivərtlilər" 2023-cü ilin yayında 4 milyon avro ödəməklə portuqaliyalı futbolçunu birdəfəlik transfer etməlidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti