”Qalatasaray”dan daha bir ”transfer bomba”sı – Məşhur ispan İstanbulda!

9 Sentyabr 2022 10:20 Türkiyə 802
”Qalatasaray”dan daha bir  ”transfer bomba”sı – Məşhur ispan İstanbulda!

“Qalatasaray” ın transfer danışıqlarına başladığı ispaniyalı futbolçu Xuan Mata İstanbula gəlib.

Sportinfo.az xəbər verir ki, “Qalatasaray” rəsmiləri tərəfindən qarşılanan təcrübəli futbolçuya azarkeşlər sarı-qırmızı şərf taxıb.

Futbolçu tibbi müayinədən keçdikdən sonra “cim-bom”la müqaviləyə imza atacaq. Lakin müqavilənin detalları açıqlanmır.

Mata karyerasına 2003-cü ildə 15 yaşında “Real”ın əvəzedici komandasında başlayıb.

2007-ci ildə “Valensiya”ya keçən 34 yaşlı yarımmüdafiəçi 2011-ci ildə İngiltərə Premyer Liqası komandalarından “Çelsi”yə, 2014-cü ildə isə “Mançester Yunayted”ə transfer edilib.

Karyerası boyunca 632 rəsmi matça çıxan Xuan Mata 138 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti