"Qarabağ"a keçəcəyi gözlənilən hücumçu xahiş etdi ki… FOTO

9 Sentyabr 2022 00:40 Türkiyə 2 685
"Qarabağ"a keçəcəyi gözlənilən hücumçu xahiş etdi ki… FOTO

"Trabzonspor"dan ayrılaraq "Qarabağ"a keçəcəyi iddia edilən Fode Koita Türkiyədə qala bilər.

Sportinfo.az xəbər verir ki, qvineyalı forvard Qaradəniz klubunun rəhbərliyi ilə danışıqlara başlayıb.

O, rəhbərlikdən müqaviləsinə xitam verilməsi üçün xahiş edib.

Belə ki, 31 yaşlı hücumçunu "Kasımpaşa" və "Adana Dəmirspor" heyətində görmək istəyir. Lakin hər iki klub onu azad agent kimi heyətinə qatmağa hazır olduğunu bildirib.

Afrikalı forvardın isə "Trabzonspor"la müqaviləsi 2024-cü il iyunun 30-da bitəcək. Dünən onun "Qarabağ"a keçəcəyi iddia edilsə də, Ağdam klubu bunu təkzib etmişdi.

Bu arada forvard instaqram hesabında paylaşım edib. O, şəxsi hesabında fiziki məşq edərkən fotosunu paylaşaraq bunu yazıb: "Çalışmağa davam".

Digər Xəbərlər
Xəbər Lenti