"Qalatasaray"dan ayrılan tanınmış sima Ərəbistan klubunda

5 Sentyabr 2022 18:40 Türkiyə 943
"Qalatasaray"dan ayrılan tanınmış sima Ərəbistan klubunda

Yayda "Qalatasaray"dan ayrılan Sofian Fequlinin yeni komandası müəyyənləşmək üzrədir.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı vinger karyerasını Səudiyyə Ərəbitanında davam etdirməyə çox yaxındır.

Əlcəzairli futbolçunun yaxın günlərdə "Əl Əhli" ilə müqavilə imzalayacağı bildirilir.

Sofian Fequli 2017-2022-ci illərdə "Qalatasaray"da çıxış edib. Təcrübəli oyunçu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 162 matçda 34 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti