Qaçıb meydana daxil oldu, futbolçuları təpiklə vurdu – VİDEO+FOTO

5 Sentyabr 2022 15:40 Türkiyə 708
Qaçıb meydana daxil oldu, futbolçuları təpiklə vurdu – VİDEO+FOTO

Türkiyə Super Liqasının 5-ci turunun "Ankaragücü" - "Beşiktaş" matçının (2:3) final fitindən sonra insident baş verib.

Sportinfo.az xəbər verir ki, oyun başa çatdıqdan sonra meydan sahiblərinin bir azarkeşi meydana daxil olub.

O, qonaqların futbolçuları Salih Uçan və Cenk Tosunu təpiklə vurub.

Resim

Hadisəyə dərhal reaksiya verən "Beşiktaş"ın futbolçusu Jozef De Souza həmin azarkeşi şillə zərbəsi ilə yerə yıxıb. Daha sonra təhlükəsizlik xidmətinin əməkdaşları fanatı meydandan çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti