Ronaldonun transferi üçün heç bir addım atmayıb - “Fənərbaxça”

4 Sentyabr 2022 01:40 Türkiyə 747
Ronaldonun transferi üçün heç bir addım atmayıb - “Fənərbaxça”

“Fənərbaxça”nın menecerlərindən biri portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə Türkiyə klubu arasında mümkün danışıqlar barədə yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, menecer, “Fənərbaxça”nın Ronaldo ilə bağlı heç bir tədbir görmədiyini deyib.

“Fənərbaxça”nın menecerlərindən biri ilə danışdım. Ronaldonun transferi ilə bağlı klub tərəfindən heç bir tədbir görülməyib”.

Bu barədə məlumatı türkiyəli jurnalist Gürkan Bilgiç “tvitter” səhifəsində yazıb.

Daha əvvəl Ronaldonun “Mançester Yunayted”dən ayrılmaq istədiyi və karyerasını “Fənərbaxça”da davam etdirə biləcəyi barədə xəbərlər yayılmışdı.

Türkiyədə transfer pəncərəsi sentyabrın 8-dək açıqdır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!