Argentinalı tanınmış hücumçu "Qalatasaray" yolunda

3 Sentyabr 2022 10:20 Türkiyə 1 149
Argentinalı tanınmış hücumçu "Qalatasaray" yolunda

"Qalatasaray" heyətini ulduz futbolçu ilə gücləndirmək üzrədir.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi PSJ-nin hücumçusu Mauro İkardini transfer edəcək. .

"Sarı-qırmızılar" 29 yaşlı forvardı icarə əsasında heyətinə qatacaq. Argentinalı futbolçu 2022/2023 mövsümünü "Qalatasaray"da keçirəcək.

Mauro İkardinin illik 8,2 milyon avro olan maaşının 3,5 milyon avrosunu "cim bom", digər hissəsini isə PSJ ödəyəcək.

Tərəflər arasında əldə olunan razılıqda satınalma bəndi yoxdur. Rəsmi açıqlamanın 2-3 gün ərzində ediləcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti