“Fənərbağça” Ronaldonu transfer etməyə hazırlaşır?

2 Sentyabr 2022 15:20 Türkiyə 715
“Fənərbağça” Ronaldonu transfer etməyə hazırlaşır?

"Fənərbağça”nın İdarə Heyətinin üzvü Səlahəddin Baki “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun İstanbul klubuna keçə biləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi bunun həqiqətə uyğun olmadığını bildirib.

“Bu, son zamanlar eşitdiyim ən böyük yalandır” - Baki “Sport Express”ə açıqlamasında qeyd edib.

Türkiyə mətbuatı 37 yaşlı forvardın Türkiyə klubuna keçə biləcəyini yazıb və “Fənərbağça”nın portuqaliyalının transferi üzərində çalışdığını qeyd edib.

İddialara görə, Ronaldo artıq klubla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Onun həmyerlisi, “Fənərbağça”nın baş məşqçisi Xorxe Jesus portuqaliyalı ilə şəxsən danışıb. O, futbolçunu transferə razı salıb.

Digər Xəbərlər
Xəbər Lenti