"Beşiktaş"ın hücumçusu "Şalke" ilə razılıq əldə etdi

1 Sentyabr 2022 15:20 Türkiyə 571
"Beşiktaş"ın hücumçusu "Şalke" ilə razılıq əldə etdi

"Beşiktaş"ın futbolçusu Kenan Karaman karyerasını Almaniyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Türkiyə millisinin üzvü "Şalke" ilə razılıq əldə edib. 28 yaşlı forvard bu gün tibbi müayinədən keçdikdən sonra Bundesliqa təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq.

Kenan Karaman "Beşiktaşa" 2021-ci ilin yayında "Fortuna"dan transfer olunub.

O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 35 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı