Hücumçusunu Almaniya klubuna göndərdi - "Fənərbaxça"

31 Avqust 2022 12:00 Türkiyə 490
Hücumçusunu Almaniya klubuna göndərdi -

"Fənərbaxça"da ayrılıq gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Merqim Berişanı icarəyə göndərib.

24 yaşlı forvard 2022/2023 mövsümünü icarə əsasında "Auqsburq"da keçirəcək. O, Almaniya klubunda 11 nömrəli forma ilə çıxış edəcək.

"Fənərbaxça" Merqim Berişanı 2021-ci ilin yayında "Zaltsburq"dan transfer edib.

Alman forvard "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 32 matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti