Super Liqa komandası yeni çalışdırıcıya tapşırıldı

30 Avqust 2022 22:00 Türkiyə 514
Super Liqa komandası yeni çalışdırıcıya tapşırıldı

“Ankaragücü”nün yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Ömer Erdoğan çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.

Ömer Erdoğan Ankara təmsilçisində istefa vermiş Mustafa Dalcını əvəz edib. O, daha öncə “Fatih Karagümrük” və “Hatayspor”da baş məşqçi olub.

“Ankaragücü” 4 turdan sonra cəmi 1 xal toplayıb.

Digər Xəbərlər
Xəbər Lenti