Balotelli Türkiyədə QALMAQAL qopardı, baş məşqçi üzərinə yeridi - VİDEO

28 Avqust 2022 15:40 Türkiyə 1 191
Balotelli Türkiyədə QALMAQAL qopardı, baş məşqçi üzərinə yeridi -  VİDEO

Hazırda "Adana Demirspor"da çıxış edən İtaliya yığmasının sabiq futbolçusu Mario Balotelli yeni qalmaqalla gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, Superliqada IV turun "Umraniyespor"la ev oyunundan sonra 32 yaşlı hücumçu öz komandasının baş məşqçisi Vinçentso Montellanın qəzəbinə tuş gəlib.

Final fitinin ardından əsəbi formada meydana daxil olan Montella Balotellinin üzərinə yeriyib. Forvardla baş məşqçini araya girən rəsmi şəxslər və digər oyunçular sakitləşdiriblər.

Mətbuat konfransında isə Montella bildirib ki, Balotelli gözlənilən oyunu sərgiləməyib: "Matçın sonlarında belə gərginliklər ola bilər. Başqa bir şərh əlavə etməyəcəm".

1:0 hesabı ilə qalib gələn "Adana Demirspor" xalını 9-a çatdıraraq, 2-ci pilləyə yüksəlib. "Umraniyespor" isə 1 xalla 16-cıdır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"