Daha iki transfer - Super Liqa klubundan

28 Avqust 2022 10:00 Türkiyə 529
Daha iki transfer - Super Liqa klubundan

"İstanbulspor” heyətini yeni futbolçularla gücləndirib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi bosniyalı müdafiəçi Adi Mehremiçlə albaniyalı hücumçu Sindrit Qurini heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu azad agent kimi transfer olunub. 28 yaşlı Quri 3, 30 yaşlı Mehremiç isə 4 illik müqaviləyə imza atıb.

Adi Mehremiç son olaraq Polşanın “Visla” (Krakov) klubunun uğurları üçün çalışıb.

O, karyerası ərzində “Makkabi” (Petah Tikva), “Aves”, “Karpatı” (Lvov), “Jelezniçar”, “Sankt Pölten”, “Spartak” (Miyava), “Seniça”, “Fridek Mistek”, “Spartak” (Yurmala), “Rujomberok”, “Olimpik” (Sarayevo), “Veles Mostar” kimi klubların da formasını geyinib.

Sindrit Qurinin sonuncu iş yeri isə Şimali Makedoniya “Şkendiya”sı olub. Albaniya yığmasında 1 oyun keçirmiş hücumçu, daha öncə “Vlajniya”, “Besa”, “Kastrioti”, “Korabi”, “Kukesi” və “Ostende”də də forma geyinib.

“İstanbulspor” öz futbolçularından Ferhat Yazqanla da yollarını ayırıb. Klub 29 yaşlı hücumameylli yarımmüdafiəçinin öz istəyi ilə komandadan ayrıldığını bəyan edib.

Onunla müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub. Ferhat 2021-ci ilin yayından bu komandada çıxış edirdi.

O, meydana çıxdığı 30 oyunda 2 qol vurub. Almaniya doğumlu futbolçu “Holştayn Kil”, “Volfsburq”, “Trabzonspor”, “Trabzon 1461”, “Sakaryaspor” və “Manisa”nın da uğurları üçün çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!