Premyer Liqadan 20 milyonluq təklif - "Qalatasaray"ın müdafiəçisinə

28 Avqust 2022 00:10 Türkiyə 702
Premyer Liqadan 20 milyonluq təklif -

"Qalatasaray"ın müdafiəçisi Viktor Nelsson karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, danimarkalı mərkəz müdafiəçisi ilə "Vulverhempton" yaxından maraqlanır.

Premyer Liqa təmsilçisinin baş məşqçisi Bruno Lage rəhbərlikdən vaxt itirmədən futbolçunun müqaviləsində yer alan 20 milyon funt-sterlinqlik sərbəstqalma məbləğinin ödənilməini istəyib.

O, "Nottingem Forest"ə satılan Villi Bolinin yerini Viktor Nelssonla doldurmaq istəyir.

Viktor Nelsson "Qalatasaray"a 2021-ci ilin yayında "Kopenhagen"dən transfer olunub.

23 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 48 matçda 1 qol vurub. Onun "cim bom"la müqaviləsi 2026-cı ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı