Premyer Liqa klubunun dayaq yarımmüdafiəçisi "Trabzonspor"da

27 Avqust 2022 15:40 Türkiyə 585
Premyer Liqa klubunun dayaq yarımmüdafiəçisi "Trabzonspor"da

"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Qara Dəniz təmsilçisi "Everton"dan Jan-Filipp Qbamini rənglərinə bağlayıb.

26 yaşlı dayaq yarımmüdafiəçisi 2022/2023 mövsümünü icarə əsasında "Trabzonspor"da keçirəcək.

Qeyd edək ki, Jan-Filipp Qbamin "Everton"a 2019-cu ilin yayında "Maynts"dan transfer olunub. Fil Diişi Sahilindən olan yarımmüdafiəçi son mövsümün ikinci yarısını icarə əsasında Rusiyanın ÇSKA klubunda keçirib.

O, Moskva təmsilçisinin heyətində meydana çıxdığı 13 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti