"Beşiktaş" bu dəfə 21 yaşlı yarımmüdafiəçi transfer etdi

24 Avqust 2022 02:10 Türkiyə 458
"Beşiktaş" bu dəfə 21 yaşlı yarımmüdafiəçi transfer etdi

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Sivasspor"dan Kerem Atakan Kesgini transfer edib.

"Beşiktaş" 21 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Kerem Atakan Kesgin "Sivasspor"a 2020-ci ilin yayında "Göztepe"dən transfer olunmuşdu.

O, son mövsümdə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!