Türkiyə millisinin üzvü niyə "Qalatasaray"da qalmaq istəmir?

23 Avqust 2022 00:10 Türkiyə 487
Türkiyə millisinin üzvü niyə "Qalatasaray"da qalmaq istəmir?

"Qalatasaray"ın yarımmüdafiəçisi Taylan komandadan ayrılmaq üzrədir.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu əsas heyətə düşmə bilmədiyinə görə daha çox oynayacağı bir komandaya getmək istəyir.

Türkiyə mətbuatının yazdığına görə, Antalyalı "Qaziantep"ə keçirəcək. O, 2022/2023 mövsümündə icarə əsasında "qırmızı-qaralar"ın formasını geyinəcək.

Taylan Antalyalı "Qalatasaray"a 2019-cu ilin yayında "Erzurumspor"dan transfer olunub.

Türkiyə millisinin üzvü son mövsümdə İstanbul təmsilçisinin heyətində 42 matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti