Adı Azərbaycan klubları ilə hallanan tanınmış hücumçu sonda...

21 Avqust 2022 14:20 Türkiyə 1 333
Adı Azərbaycan klubları ilə hallanan tanınmış hücumçu sonda...

Bir müddət əvvəl Azərbaycan klublarından təklif aldığı bildirilən rusiyalı futbolçu Artyom Dzyubanın yeni komandası bəlli olub.

33 yaşlı forvard karyerasını Türkiyədə davam etdirəcək.

Yerli mətbuat “Zenit”in sabiq oyunçusunun “Adana Dəmirspor”la müqavilə imzaladığını yazıb.

Super Liqa təmsilçisinin idman direktoru Gökhan Gektürk müqavilənin 1+1 illik nəzərdə tutulduğunu söyləyib.

Azad agent statusu olan Dzyubanın Adana klubundakı illik maaşı 1,5 milyon avro olacaq.

33 yaşlı forvard 4 qat Rusiya çempionu, 3 dəfə Kubok və 4 dəfə ölkə Superkubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda