Türkiyəli istedad "Ayaks"a transfer oldu - 9,5 milyon avroya

20 Avqust 2022 01:40 Türkiyə 754
Türkiyəli istedad "Ayaks"a transfer oldu - 9,5 milyon avroya

"Trabzonspor"un futbolçusu Ahmetcan Kaplan “Ayaks”a keçib.

Sportinfo.az xəbər verir ki, 19 yaşlı mərkəz müdafiəçisinin keçidi Türkiyə çempionuna 9,5 milyon avro qazandırıb.

Amsterdam klubu gələcəkdə türkiyəlinin satışından əldə olunacaq gəlirin 15 faizini də "Trabzonspor"a köçürəcək. Kaplan "Ayaks"la 5 illik müqaviləyə qol çəkib.

Gənc müdafiəçi əsas komandada 18 oyunda meydana çıxmış və 1 assistlə yadda qalmışdı.

Digər Xəbərlər
Xəbər Lenti