“Beşiktaş”la VİDAlaşır

7 May 2022 21:40 Türkiyə 766
“Beşiktaş”la VİDAlaşır

Domaqoy Vida mövsümün sonunda "Beşiktaş"dan ayrılacaq.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi xorvatiyalı mərkəz müdafiəçisinin yayda bitən müqaviləsini yeniləməyəcək.

"Qara qartallar"ın baş məşqçisi Valerien İsmael 33 yaşlı futbolçunun onun planlarına daxil olmadığını rəhbərliyə bildirib.

Domaqoy Vida "Beşiktaş"a 2018-ci ilin yanvarında Kiyev "Dinamo"sundan keçmişdi. Xorvatiya millisinin üzvü cari mövsümdə Super Liqa klubunun heyətində meydana çıxdığı 31 oyunda 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”