Super Liqasını tərk edəcək bütün komandalar bilindi

7 May 2022 00:00 Türkiyə 620
Super Liqasını tərk edəcək bütün komandalar bilindi

Türkiyə Super Liqasında 36-cı turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, hesabat turunda "Qaziantep" doğma meydanda "Kayserispor"la 1:1 hesablı heç-heçə edib.

Bu nəticədən sonra xallarını 43-ə yüksəldən meydan sahibləri çempionatda qalmağı təmin edib.

Bununla yanaşı Super Liqanı tərk edəcək son iki komanda da müəyyənləşib. "Rizəspor" və "Altay" mövsümün bitməyinə 3 tur qalmış ölkənin əsas liqası ilə vidalaşıb.

Daha əvvəl "Yeni Malatyaspor" və "Göztəpə"nin Super Liqanı tərk edəcəyi dəqiqləşmişdi.

Digər Xəbərlər
Xəbər Lenti