Tanınmış portuqaliyalı baş məşqçi “Fənərbaxça” yolunda

29 Aprel 2022 12:20 Türkiyə 771
Tanınmış portuqaliyalı baş məşqçi “Fənərbaxça” yolunda

“Fənərbaxça”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, İstanbul klubu Jorje Jezusla anlaşıb.

“Fənər”in prezidenti Ali Koç Lissabona yollanaraq, 68 yaşlı mütəxəssislə görüşüb. Tərəflər arasında danışıqlar müsbət məcrada keçib və ilkin razılıq əldə olunub.

Portuqaliyalı mütəxəssisin məşqçi korpusu ilə birlikdə illik qazancı 6 milyon avro təşkil edəcək. O, yeni klubu ilə 2+1 illik müqavilə imzalayacaq.

Jezusun son klubu “Benfika” olub.

Digər Xəbərlər
Xəbər Lenti