20 milyon avro ödəməyə hazırdır – "Qalatasaray"lı hücumçu üçün

24 Aprel 2022 23:20 Türkiyə 911
20 milyon avro ödəməyə hazırdır –

“Lion” “Qalatasaray”ın hücumçusu Kərəm Aktürkoğlunu transfer etməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, “Beşiktaş”la derbi matçında (2:1) yaxşı təsir bağışlayan Aktürkoğlunu “Nef Stadium”da izləyən “Lion” təmsilçiləri onu transfer etməyə hazırdırlar.

Fransa klubu 23 yaşlı cinah oyunçusu üçün 20 milyon avro ödəmək istəyir.

Aktürkoğlu iki mövsüm əvvəl 3-cü liqa komandası “Ərzincanspor”dan ödənişsiz olaraq “Qalatasaray”a keçib.

Kərəm Aktürkoğlunun “transfermarkt”da dəyəri 11 milyon avro göstərilir.

Digər Xəbərlər
Xəbər Lenti