Bu klubun ən yaxşı qolçusu azərbaycanlıdır

24 Aprel 2022 14:20 Türkiyə 1 378
Bu klubun ən yaxşı qolçusu azərbaycanlıdır

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərov Türkiyə çempionatında növbəti qolunu vurub.

Sportinfo.az xəbər verir ki, I L iqa təmsilçisi “Bursaspor”un şərəfini qoruyan futbolçu “Dənizlispor”la görüşdə fərqlənib.

Start heyətində meydana çıxan vinger 30-cu dəqiqədə hesabı açıb. Bu qol Bursa təmsilçisinə 1:0 hesablı qələbə qazandırıb.

55-ci dəqiqədə penaltini qaçıran Ələskərov qarşılaşmanın 64-cü dəqiqəsində əvəzlənib.

29-cu matçında 6-cı qolunu vuran hücumçu klubunun ən yaxşı bombaridri olub. O, 5 dəfə fərqlənən belçikalı komanda yoldaşı Massimo Brunonu arxada qoyub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"