Namiq Ələskərov bu qolla "Bursaspor"a qələbə qazandırdı - VİDEO

24 Aprel 2022 00:39 Türkiyə 884
Namiq Ələskərov bu qolla "Bursaspor"a qələbə qazandırdı - VİDEO

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə I Liqasında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, "timsahlar" XXXIV turda "Denizlispor"u qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın yeganə qolunu 30-cu dəqiqədə Namiq Ələskərov vurub.

Görüşə start heyətdə başlayan 27 yaşlı yarımmüdafiəçi 55-ci dəqiqədə penaltidən yararlana bilməyib. Ələskərov 64-cü dəqiqədə İsmail Yükseklə əvəzlənib.

Tturnir cədvəlində 18-ci pillədə qərarlaşan "Bursaspor" qələbə sayəsində xallarının sayını 35-ə çatdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti