Ffeyr-pley nümunəsi komandanın aşağı liqaya düşməsinə səbəb oldu - Türkiyədə

23 Aprel 2022 22:00 Türkiyə 1 074
Ffeyr-pley nümunəsi komandanın aşağı liqaya düşməsinə səbəb oldu - Türkiyədə

Türkiyə Super Liqasının 34-cü turunun "Qaziantep" - "Göztəpə" matçında maraqlı hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, 90+2-ci dəqiqədə İzmir təmsilçisi oyunda hesabı açıb.

Lakin "Göztəpə" futbolçuları vurduqları qolun feyr-pley qaydalarına zidd olduğunu düşünüb. "Qaziantep" oyunçuları mərkəzdən topu oyuna daxil edərkən qonaq komanda onların qol vurmasına şərait yaradıb.

"Qara-qırmızılar"ın heyətində Joao Fiqueyredo fərqlənib. "Qaziantep" son dəqiqədə penalti qazanıb. Topa yaxınlaşan Muhammed Demir bilərəkdən penaltini qeyri-dəqiq yerinə yetirib.

1:1 hesablı heç-heçədən sonra "Göztəpə" aşağı liqaya düşüb. "Sarı-qırmızılar"ın 28 xalı var və mövsümün bitməyinə 4 tur qalmış Super Liqada qalmaq şanslarını itiriblər.

Digər Xəbərlər
Xəbər Lenti