“Yaşayacağım ən böyük xoşbəxtlik “Qalatasaray”ın baş məşqçiliyi olar”

22 Aprel 2022 12:20 Türkiyə 804
“Yaşayacağım ən böyük xoşbəxtlik “Qalatasaray”ın baş məşqçiliyi olar”

“Qalatasaray”ın baş məşqçi postuna namizədlər gündən-günə artır.

“Qalatasaray”, “İnter”, “Beşiktaş” kimi komandalarda forma geyinmiş keçmiş futbolçu Okan Buruk da bu namizədlər siyahısına daxil olub.

Sportinfo.az xəbər verir ki, futbolda ilk addımlarını “cim-bom”la atan 48 yaşlı mütəxəssis də “Qalatasaray”ın baş məşqçi postuna namizədlər siyahısındadır.

Buruk özü də “Qalatasaray”da baş məşqçi olmağı arzulayır:

“Qalatasaray”ın aşağı yaş qruplarında böyüyən, uzun illər “cim-bom” formasına xidmət edən və böyük uğurlar qazanan bir futbolçu kimi məşqçilik karyeramda “Qalatasaray”la adımın hallanması məni çox sevindirdi.

Mən o stadiona 11 yaşımda daxil olmuşam, orada 18 il oynamışam. Sonra İtaliya macəram başladı. Getdim, gəldim. Bu saatdan sonra yaşayacağım ən böyük xoşbəxtlik “Qalatasaray”ın baş məşqçiliyi olar”.

Okan Buruk məşqçilik karyerasının ən böyük uğurunu “Akhisarspor”la Türkiyə kubokunu qazandıqdan sonra, 2019-20 mövsümündə “Başakşəhər”i çempion etməklə əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti