"Qalatasaray" aşağı liqaya düşən rəqibi uddu, 12-ci pilləyə yüksəldi - VİDEO

19 Aprel 2022 00:10 Türkiyə 2 110
"Qalatasaray" aşağı liqaya düşən rəqibi uddu, 12-ci pilləyə yüksəldi - VİDEO

Türkiyə Super Liqasında XXXIII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son oyununda "Qalatasaray" evdə aşağı dəstəyə düşməsi dəqiqləşən "Yeni Malatyaspor"la qarşılaşıb.

"NEF Stadionu"nda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Cim-Bom"un heyətində qolları 51-ci dəqiqə Rayan Babel və 53-cü dəqiqədə Halil Dervişoğlu vurublar.

Bu qələbədən sonra xallarını 44-ə çatdıran "Qalatasaray" 12-ci sıraya yüksəlib. 20 xalı olan "Yeni Malatyaspor" isə sonuncu - 20-ci pillədə qərarlaşıb.

Turnir cədvəlinə 72 xalla "Trabzonspor" başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti