"Qalatasaray" İstanbulda "Dinamo"ya udzudu - VİDEO

15 Aprel 2022 00:20 Türkiyə 852
"Qalatasaray" İstanbulda "Dinamo"ya udzudu - VİDEO

"Qalatasaray" və "Dinamo" (Kiyev) arasında xeyriyyə oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, NEF stadionunda baş tutan qarşılaşma Kiyev təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Start fitindən öncə Ukraynadakı müharibə səbəbindən dünyasını dəyişən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Oyuna gəlincə, hesabı 14-cü dəqiqədə qonaqlardan Vitali Buyalski açıb. 28-ci dəqiqədə Artyom Besedin fərqi artırıb.

56-cı dəqiqədə Barış Alper Yılmaz buraxılan toplardan birinin əvəzini çıxıb. 80-ci dəqiqədə fərqlənən Viktor Tsıqankov isə yekun hesabı müəyyənləşdirib.

Bilet satışından əldə edilən bütün gəlir müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.

Ukrayna təmsilçisi Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu, həmçinin Polşanın "Legiya", Rumıniyanın "Styaua" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları ilə də xeyriyyə görüşündə üz-üzə gələcək.

"Qalatasaray" - "Dinamo" 1:3

Qollar: Barış Alper, 56 - Buyalski, 14, Besedin, 28, Tsiqankov, 80

Digər Xəbərlər
Xəbər Lenti