Namiq Ələskərov qazancını açıqladı - "Kocaelispor"la oyundan

12 Aprel 2022 23:20 Türkiyə 959
Namiq Ələskərov qazancını açıqladı -  "Kocaelispor"la oyundan

"Bursaspor"da çıxış edən millimizin üzvü Namik Ələskərov Türkiyə 1-ci liqanın 30-cu turunda "Kocaelispor"a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, sözügedən matçda komandasının qələbə qolunun ötürməsini verən 27 yaşlı yarımmüdafiəçi çox vacib 3 xal qazandıqlarını söyləyib:

"Oyuna yaxşı hazırlaşmışdıq. Şükürlər olsun ki, qalib gəldik. Azarkeşlərimiz möhtəşəm idi. Onların qalibiyyətimizdə payı çox böyükdür. Azarkeşlərə dəstək üçün təşəkkür edirik.

Bu qələbə özünəinam qazanmaq baxımından çox önəmli idi. Çox şey dəyişə bilərdi. Bundan sonrakı matçlara daha yaxşı hazırlaşacağıq. Daha istəkli şəkildə qarşıdakı oyunlara kökləcənəyik".

"Bursaspor" 1-ci liqada 31 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti