“Qalatasaray”ın sükanı arxasına keçə bilər - Məşhur ispan

9 Aprel 2022 18:40 Türkiyə 493
“Qalatasaray”ın sükanı arxasına keçə bilər - Məşhur ispan

“Qalatasaray” baş məşqçisi Domenek Torrentlə yollarını ayıra bilər.

Sportinfo.az xəbər verir ki, türkiyəli iş adamı Əşrəf Hamamçıoğlu “cim-bom”un prezidenti seçiləcəyi halda, ispaniyalı mütəxəssisi “Qalatasaray”dan göndərəcək.

Hamamçıoğlu hazırda işsiz olan fransalı məşqçi Rudi Qarsiyanı komandanın “sükanı arxasına” gətirməyi düşünür. İddiaya görə, 58 yaşlı mütəxəssislə şəxsi razılıq da əldə olunub.

Qarsiya baş məşqçi karyerası ərzində “Sent Etyen”, “Lill”, “Roma”, “Marsel”, “Lion” kimi klublarda çalışıb.

“Qalatasaray”da prezident seçkiləri aprelin 23-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti