Təşəkkür etdi - Fevral və martın ən yaxşısı seçilən türk

8 Aprel 2022 18:40 Türkiyə 725
Təşəkkür etdi - Fevral və martın ən yaxşısı seçilən türk

ÇSKA-nın yarımmüdafiəçisi Yusuf Yazıçı Rusiya Premyer Liqasında fevral və mart aylarının ən yaxşı oyunçusu adına layiq görülüb.

Sportinfo.az xəbər verir ki, türk futbolçu bununla bağlı fikirlərini bildirib:

“Rusiyada fevral-mart aylarının ən yaxşı oyunçusu seçildiyim üçün fəxr edirəm.

Məni bu mükafata layiq edən hər kəsə dərin təşəkkürümü bildirirəm. Dəstəyinizi doğrultmaq üçün əlimdən gələni edəcəm”.

ÇSKA 25 yaşlı Yusufu qış “transfer pəncərəsi”ndə mövsümün sonuna kimi Fransa "Lill"indən icarəyə götürüb. “Hərbçilər”in yarımmüdafiəçini 12 milyon avroya almaq hüququ var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti