"Beşiktaş" yeni baş məşqçi ilə Trabzonda 1:1 etdi - VİDEO

4 Aprel 2022 00:20 Türkiyə 488
"Beşiktaş" yeni baş məşqçi ilə Trabzonda 1:1 etdi - VİDEO

Türkiyə Super Liqasında XXXI turun mərkəzi görüşü "Trabzonspor" və "Beşiktaş" arasında keçirilib.

Sportinfo.az xəbər verir ki, "Şenol Güneş" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.

56-cı dəqiqədə meydan sahiblərindən Andreas Kornelius hesabı açıb.

68-ci dəqiqədə Mişi Batşuayi penaltini dəqiq yerinə yetirə bilməsə də, 71-ci dəqiqədə komanda yoldaşı Valentin Rozye bərabərliyi təmin edib. 80-ci dəqiqədə isə Kayl Larin qırmızı vərəqə alaraq, qonaqları azlıqda qoyub.

Bununla da xallarını 71-ə çatdıran "Trabzonspor" 1-ci, 47 xala malik "Beşiktaş" 7-ci pillədə qərarlaşıb.

Bu, "Beşiktaş"ın yeni baş məşqçi Valerien İsmaelin rəhbərliyi altında ilk matçı olub.

Digər Xəbərlər
Xəbər Lenti