Burak Yılmaz “Beşiktaş”da?

1 Aprel 2022 12:20 Türkiyə 1 953
Burak Yılmaz “Beşiktaş”da?

Türkiyə millisinin sabiq hücumçusu və “Lill”də çıxış edən Burak Yılmaz ölkəsinə geri dönəcək.

Sportinfo.az xəbər verir ki, Yılmaz karyerasını “Beşiktaş”da davam etdirə bilər.

“Beşiktaş”ın prezidenti Ahmed Nur Çebi mövsümün sonunda Fransa klubundan ayrılacaq oyunçunu “qara qartallar”a gətirəcək. Burakın Liqa 1 təmsilçisi ilə sözləşməsi bu yay başa çatır.

Burak Yılmaz “Lill”in heyətində Fransa çempionu və kubokunun qalibi olub. O, daha əvvəl 2005/2008, 2019/2020-ci illər aralığında “Beşiktaş”da oynayıb.

Yılmaz DÇ-2022-nin Türkiyə – Portuqaliya oyunundan sonra (1:3) millidəki karyerasını bitirdiyini açıqlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti