"Dedilər ki, gəlmək lazım deyil” - “Fənərbaxça”dan uzaqlaşdırılan Özildən açıqlama

28 Mart 2022 12:20 Türkiyə 508
"Dedilər ki, gəlmək lazım deyil” - “Fənərbaxça”dan uzaqlaşdırılan Özildən açıqlama

Ötən gün “Fənərbaxça”nın heyətindən kənarlaşdırılan Məsut Özil açıqlama verib.

Sportinfo.az xəbər verir ki, ulduz futbolçu qərardan xəbərsiz olduğunu söyləyib:

“Heyətdən ayrıldığım qərarından xəbərim yox idi. Komandanın istirahət günlərində Almaniyaya getmişdim.

Geri qayıtdıqdan sonra məşqin vaxtını öyrənmək üçün zəng etdim. Cavabımı aldım. Dedilər ki, gəlmək lazım deyil”.

Özillə yanaşı, Ozan Tufan da komandadan kənarlaşdırılıb. İstanbul klubu oyunçuların hansı səbəbə görə komandadan uzaqlaşdırıldığını açıqlamayıb.

Yerli mətbuat Özillə Tufanın baş məşqçi İsmail Kartalla məşqdə mübahisə etdiyini yazıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!