"Bu dəfə qələbə qazansaq, ağlamayacam" - Türkiyənin baş məşqçisi

24 Mart 2022 10:20 Türkiyə 707
"Bu dəfə qələbə qazansaq, ağlamayacam" - Türkiyənin baş məşqçisi

Türkiyə DÇ-2022-nin pley-off mərhələsi çərçivəsində Portuqaliya ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, "ay-ulduzlular"ın baş məşqçisi Stefan Kunts matçdan əvvəl keçirilən mətbuat konfransında açıqlamalar verib.

Almaniyalı mütəxəssisin fikirlərini diqqətinizə çatdırırıq:

"Yalnız Kriştiano Ronaldoya qarşı yox, 11 futbolçuya qarşı mübarizə aparacağıq. Portuqaliya ilə oyunda meydanda aktiv olmağa çalışacağıq.

Rəqibin oyunundan çox bizim nə etdiyimiz önəmlidir. Portuqaliyanln 3 müdafiəçisinin olmamamğı bizim üçün üstünlük yaratmır. Bu dəfə qələbə qazansaq, ağlamayacam".

Portuqaliya - Türkiyə qarşılaşması 24 mart tarixində Bakı vaxtilə saat 23:45-də "Draqao Stadionu"nda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti