"Neftçi"nin baş məşqçisi simpatiya bəslədiyi Türkiyə klubunun adını dedi

22 Mart 2022 11:40 Türkiyə 1 343
"Neftçi"nin baş məşqçisi simpatiya bəslədiyi Türkiyə klubunun adını dedi

«Avropa futbolunu yaxından izləyirəm. «Böyük beşliy»i qaçırmamağa çalışıram».

Bu sözləri «Sportinfo TV»yə açıqlamasında «Neftçi»nin əvəzedici komandasının çalışdırıcısı Mahmud Qurbanova məxsusdur.

Qitənin futbol həyatı ilə yaxından maraqlandığını bildirən «Professor» simpatiya bəslədiyi klubun da adını açıqlayıb:

«Əvvəl ən çox İspaniya çempionatına baxırdım. Əsasən Messi və Ronaldonun orada olduğu vaxt. Onda çox maraqlı idi.

İndi İngiltərə Premyer Liqası daha maraqlıdır. Buranı, əslində, kiçik dünya çempionatı kimi qələmə verirlər.

Türkiyə futbolu da diqqətimdədir. Super Liqada «Beşiktaş»a simpatiya bəsləyirəm.

Bəlkə də elə rənglərinə görə. Çünki «Beşiktaş» da «Neftçi» kimi ağ-qara rənglərdən istifadə edir.

«Beşiktaş»ı Şifo Mehmedin, Rza Çalımbayın oynadığı, Kristof Daumun baş məşqçi olduğu vaxtlardan izləyirəm».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti