Səhvə yol verdi, fitə basıldı, incidi, meydanda qalmadı - VİDEO

20 Mart 2022 00:20 Türkiyə 755
Səhvə yol verdi, fitə basıldı, incidi, meydanda qalmadı - VİDEO

Türkiyə Super Liqasının XXX turunda keçirilmiş "Yeni Malatyaspor" - "Kasımpaşa" matçında qeyri-adi hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, görüşün sonlarına yaxın meydan sahibinin azarkeşləri öz futbolçuları Sadık Çiftpınarı fitə basıblar.

Bu, Çiftpınarın qolla nəticələnən səhvə yol verməsindən sonra baş verib.

29 yaşlı müdafiəçi bəzi fanatların təhqirinə məruz qaldıqdan sonra baş məşqçi Cihat Arslandan əvəzlənməyini istəyib.

Hər iki komandanın futbolçuları məsələyə müdaxilə etsələr də, Çiftpınarı oyunda qalmağa razı sala bilməyiblər.

79-cu dəqiqədə meydana onun yerinə Filip Avuku daxil olub.

Qarşılaşma "Kasımpaşa"nın 2:0 hesablı qələbəsi ilə bitib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!