"Qalatasaray" derbidə "Beşiktaş"a Keremin dublu ilə qalib gəldi - VİDEO

15 Mart 2022 00:10 Türkiyə 1 708
"Qalatasaray" derbidə "Beşiktaş"a Keremin dublu ilə qalib gəldi - VİDEO

Türkiyə Super Liqasında İstanbul derbisi gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, XIX tur qarşılaşmasında "Qalatasaray" "Beşiktaş"ı qəbul edib.

"NEF Stadionu"nda təşkil olunan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 22-ci dəqiqədə "Cim-Bom"un futbolçusu Kerem Aktürkoğlu açıb. 24 yaşlı yarımmüdafiəçi 10 dəqiqə sonra komandasının üstünlüyünü 2 topa çatdırıb.

Hər iki qolun ötürməsini Mustafa Məhəmməd edib. 85-ci dəqiqədə Rıdvan Yılmaz hesab arasındakı fərqi azaltsa da, qonaqların bundan artığına gücü çatmayıb.

Bu nəticədən sonra xallarını 35-ə çatdıran "Qalatasaray" 11-ci pilləyə yüksəlib. "Beşiktaş" isə 45 xalla 8-ci sırada qərarlaşıb.

"Qalatasaray" - "Beşiktaş" 2:1

Qollar: Kərəm Aktürkoğlu, 22, 32 - Rıdvan Yılmaz, 85

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti